Piezo

Piezo Burun Estetikası

PİEZO CƏRRAHİYYƏSİNİN BURUN ESTETİKASINDAKI ROLU NƏDİR? 

Burun estetikasında inkişaf etmiş texnologiyalar yeniliklərlə həyatımıza daxil olur. Bunlardan biri də “Piezo Burun Estetikasıdır”dır. Uzun illərdir burun estetikasından sonra müşahidə edilən şişkinlik və göyərmələr artıq geridə qaldı. Günümüzdə hələ də burun sümükləri çəkic və iskənədən istifadə edilərək kəsilir. Lakin bu yeni metod ilə bütün bunlara son qoyuruq. ‘Piezo Burun Estetikası‘ ilə həm daha uğurlu nəticələr əldə edilir, həm də pasientlərin rahatlığı artır. Gözaltı göyərmələri və şişkinlikləri də minimuma endirən bu metoda burun estetikasının gələcəyi olaraq baxılır. 

PİEZO BURUN ESTETİKASI NƏDİR?
Piezo Burun Estetikası‘ burun sümüyünü qırmadan, burundakı damar və sinirlərə zərər vermədən səs dalğaları ilə işləyən və burun estetikasında gözlənilən estetik nəticəyə bizi daha çox yaxınlaşdıran və burun estetikasındakı ən son texnoloji nöqtədir. Əslində təxminən 20 ildir tibdə istifadə edilən texnologiya, son illərdə burun estetikasında etibarlı şəkildə istifadə edilməyə başlanıldı. 

PİEZO CƏRRAHİYYƏSİ HANSI BURUN QURULUŞLARI ÜÇÜN UYĞUNDUR? 

Piezo Burun Estetikası‘ burun sümüyündə düzəlişə ehtiyacı olan demək olar ki, bütün növ burun quruluşları üçün uyğun sistemdir. Sadəcə burun formasındakı estetik problemlərdə deyil, eyni zamanda burun daxilindəki septum əyilməsi dediyimiz sümük əyriliklərini düzəltmək üçün də is ifadə edirəm. Lakin uğurlu tətbiq üçün, mütləq şəkildə piezo cərrahiyyəsi təcrübəli mütəxəssis tərəfindən icra edilməlidir. 

YOL İLƏ GEDƏRKƏN ŞİŞ VƏ GÖYƏRMİŞ BURUNLAR İLƏ QARŞILAŞMAMAQ ARTIQ MÜMKÜNDÜR? 

Piezo Burun Estetikası‘ ilə sümük toxuması qırılmadan formaya salındığı və ətrafdakı damar, sinir, əzələ quruluşlarına zərər dəymədiyi üçün əməliyyatdan sonra pasientlərimizin göz ətrafında göyərmə və şişkinliklər demək olar ki, heç olmur. Hətta 2-ci gün işinə başlaya bilər. Artıq, rahatlıqla söyləyə bilərəm ki, göyərmə və şişkinlik dövrünə bu metod ilə son qoyuldu. Sümük toxuması qırılmadan formaya salındığı üçün burunda yaradılan travma çox az olur və klassik əməliyyat metodları ilə müqayisədə sağalma sürətli baş verir. 

PİEZO CƏRRAHİYYƏSİ ZAMANI PASİENTİ NƏLƏR GÖZLƏYİR? 

Daha əvvəl tətbiq etdiyimiz klassik metodda iskənələr və çəkicin köməkliyi ilə burun körpüsü götürülür və burnun yan divarları daraldılırdı. Burun sümüyünə ciddi travma tətbiq edilirdi. Bunun nəticəsində həm şişkinlik və göyərmə çox olurdu, həm də sağalma müddəti uzun çəkirdi. Sümük quruluşunda nizamsız qırıqlar yaranır, bu da gələcəkdə burunda zəiflik və forma problemi yarada bilirdi. İndi isə sümük quruluşuna zərər yetirmədən istədiyimiz nisbətdə düzgün işlər görürük. Bu da estetik uğura yol açır. 

BU METODLA REVİZİYA ƏMƏLİYYATLARA EHTİYAC QALIRMI? 

İlk əməliyyatlarda uğur çox əhəmiyyətlidir. Bu uğura təsir edən əsas ünsürlərdən biri də sümük quruluşunun istənilən nisbətdə və düzgün formaya salınmasıdır. Piezo cərrahiyyəsi ilə sümük quruluşu nizamlı və millimetrik olaraq formalaşdırıldığı və mikrocərrahiyyə ilə düzəldildiyi üçün reviziya ehtiyacını azaldır, ilk əməliyyatdakı uğuru artırır. 

PASİENTİ HANSI ÜSTÜNLÜKLƏR GÖZLƏYİR? 

Pasientin əməliyyatdan gözlədiyi estetik uğuru artırır. Əməliyyatdan sonra göyərmə və şişkinliklər çox az olduğu üçün pasientin həm əhvalına müsbət təsir edir, həm də qısa müddətdə sağalaraq gündəlik həyatına davam edə bilir. Burun toxumasına zərər yetirmədiyi üçün daha sağlam və fizioloji sağalmanı təmin edir. 

ƏMƏLİYYATLARDA HƏKİM FAKTORU NƏ DƏRƏCƏDƏ ƏHƏMİYYƏTLİDİR? DİGƏR HƏKİMLƏRDƏN FƏRQİNİZ NƏDİR? 

Burun estetikası dünyadakı ən çətin və mürəkkəb estetik əməliyyatlardan biridir. Məhz burun ile məşğul olan həkimlər bu əməliyyatları daha uğurla həyata keçirir. Yaxşı həkim, xüsusilə estetik həkim, texnologiyadan xəbərdar olmalı və mütəmadi olaraq öz üzərində çalışmalıdır. Xüsusilə bu sahədə işləyən həkim olaraq hər zaman ən son yenilikləri və texnologiyaları əməliyyat təcrübəmə daxil edirəm. Bu metodu seçmədən əvvəl minlərlə burun əməliyyatı icra etmişəm. Qarşıma çıxan ən mühüm problem, klassik metodla burun sümüyünü formaya salma ilə əlaqədar idi və klassik metod gözlənilən estetik nəticəni tam olaraq vermirdi. Burun nahiyəsinə ciddi travma tətbiq edirdi. Məhz bu məqamda səs dalğaları ilə işləyən “Piezo Burun Estetikası” köməyimizə gəldi.

Sami Samin həkimə zəng et